Hikmət Hacıyev Fələstin səfiri ilə görüşüb
Əsəd Abbaslı
Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasser Abdul Kərim ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkədəki hesabında paylaşım edilib.
Səfir N.A.Kərim ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə Hikmət Hacıyevə təşəkkürünü bildirib.
Görüş zamanı, həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net