Menyu

Ceyhun Bayramov ilə BƏƏ XİN başçısı arasında telefon danışığı aparılıb

Nərmin Qocamanlı
Ceyhun Bayramov ilə BƏƏ XİN başçısı arasında telefon danışığı aparılıb

4 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

Operaiv Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
 
Telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə olunub.

Nazirlər 2025-ci ildə siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar. 

Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri, habelə Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparılıb. 

Tərəflər müqəddəs Ramazan ayının başlaması münasibətilə təbriklərini, ən səmimi arzu və diləklərini çatdırıblar.

Teqlər:

"Ceyhun Bayramov il\u0259 B\u018f\u018f X\u0130N ba\u015f\u00e7\u0131s\u0131 aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 apar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər