13 Oktyabr 2022, 09:58
Dövlət başçısı: Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu
Dövlət başçısı: Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu şəkil
Dövlət başçısı: Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu

Qarabağ münaqişəsinin həll olunmasına baxmayaq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

“Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib”, - Prezident İlham Əliyev vurğulayıb.

Son xəbərlər
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Tramp ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesindən çıxa biləcəyini istisna etmir
ABL: "Neftçi" "Ordu"nu məğlub etdi
Starmer və Tramp Ukraynadakı vəziyyəti və husilərə qarşı əməliyyatları müzakirə ediblər