Menyu

Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

Cari ilin fevral ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 120 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Operativ Media  XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artıb.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çoxdur. Kibertəhdidlərin 92-i daxili araşdırma, 170-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 95,895 milyon zərərli keçid, Mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 99 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 26 917 zərərverici tərkibli elektron sənəd blok edilib”, - deyə hesabatda bildirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər