Menyu

Ərdoğan: Naxçıvanla enerji sahəsində bağlarımızın güclənməsi ilə əlaqələrimiz daha da intensivləşəcək

Əsəd Abbaslı
Ərdoğan: Naxçıvanla enerji sahəsində bağlarımızın güclənməsi ilə əlaqələrimiz daha da intensivləşəcək
1 dəq oxu

Ən çətin günlərində Azərbaycan necə Türkiyənin yanında oldusa, Türkiyə də Azərbaycanın çətin günündə onun yanında olacaq.

Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində deyib.

O, Türkiyə ilə Azərbaycanın ortaq layihələrinin davamlı olacağını bildirib. 

Türkiyə Prezidenti həmçinin qeyd edib ki, iki ölkə hər zaman sülhün tərəfdarı olub:

“Türkiyə ilə Azərbaycan sülh və rifahın tərəfindədir. Bölgədə sadəcə, sülh istəyirik və bu istiqamətdə daim addım atmışıq. Bundan sonra da sülhə yönəlik layihələri birlikdə həyata keçirməkdə qərarlıyıq".

Əlaqəli Xəbərlər