Menyu

Zelenski: Müvəqqəti atəşkəs yox birdəfəlik sülh istəyirik

Əsəd Abbaslı
Zelenski: Müvəqqəti atəşkəs yox birdəfəlik sülh istəyirik
1 dəq oxu

"Avropada və Ukraynada müharibəyə birdəfəlik son qoyulmalıdır".

Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla telefon danışığından sonra "X" hesabında yazıb.

O bildirib ki, ölkəsi və Qərb müvəqqəti atəşkəs yox, müharibənin birdəfəlik dayandırılmasını istəyir.

Zelenski əlavə edib ki, ABŞ rəhbərliyi ilə koordinasiya hələ də mümkündür.

Əlaqəli Xəbərlər