Menyu

Ərdoğan: Qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq

Əsəd Abbaslı
Ərdoğan: Qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq

"6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə necə ki, Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq. İnşallah, Naxçıvanla elektrik əlaqələrimizin də gücləndirilməsi ilə bu prosesi davam etdirəcəyik".

Operativ Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində çıxışında səsləndirib.

"Bu hisslərlə bugünkü mərasimimizin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inanıram. Bu mühüm layihənin həyata keçirilməsinə töhfə verən hər kəsi, bütün qurumlarımızı diqqətlərinə görə, istər işçisi, istərsə də mühəndisi olmaqla, əməyi keçən bütün şəxsləri təbrik edirəm. Rəbbim birliyimizi, həmrəyliyimizi, sevgimizi daimi etsin. Layihənin bütün bölgə üçün xeyirli olmasını arzu edirəm.

İlham qardaşıma səfərə görə xüsusilə şəxsən öz adımdan, ailəm adından və millətim adından təşəkkürümü bildirirəm."

Teqlər:

"\u018frdo\u011fan: Qarda\u015flar\u0131m\u0131z\u0131n ehtiyac duydu\u011fu h\u0259r an yanlar\u0131nda olaca\u011f\u0131q"

Əlaqəli Xəbərlər