Menyu

Niderland hökuməti 2026-cı ildə Ukraynaya dəstək üçün 3,5 milyard avro ayıracaq

Əziz Əzizli
Niderland hökuməti 2026-cı ildə Ukraynaya dəstək üçün 3,5 milyard avro ayıracaq

Niderland 2026-cı ildə Ukraynaya 3,5 milyard avro yardım ayıracaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Hollandiyanın baş naziri Dik Şofa istinadən NOS telekanalı məlumat yayıb .

Parlamentdəki debatda çıxış edən Niderland hökumətinin başçısı bildirib ki, əvvəlki illərdə Ukraynaya dəstək üçün hər il təxminən 3,5 milyard avro ayrılıb və 2026-cı ildə də analoji vəsait nəzərdə tutulub. Bununla yanaşı, Şof əlavə edib ki, bu il daha çox vəsaitə ehtiyac olarsa, gələn il üçün büdcədə ehtiyatda saxlanılan vəsaitlərdən götürüləcək.

Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsinə toxunan baş nazir vurğulayıb ki, hazırda bu məsələ açıq qalır. O, açıq şəkildə bildirdi ki, Hollandiya və Avropa Ukraynaya kömək etmək üçün daha çox şey etmək istəyirlər. "Ancaq biz bunu amerikalılar olmadan edə bilmərik və etməyəcəyik" deyə baş nazir bildirib.

Teqlər:

"Niderland h\u00f6kum\u0259ti 2026-c\u0131 ild\u0259 Ukraynaya d\u0259st\u0259k \u00fc\u00e7\u00fcn 3 5 milyard avro ay\u0131racaq"

Əlaqəli Xəbərlər