Menyu

"Blokada"da olduqlarını iddia edən ermənilərin sosial şəbəkələrdəki paylaşımları diqqət çəkir

Redaksiya
"Blokada"da olduqlarını iddia edən ermənilərin sosial şəbəkələrdəki paylaşımları diqqət çəkir

Məlum olduğu kimi, 2022-ci il dekabrın 12-dən etibarən Xankəndi-Laçın yolunda ekofəalların etiraz aksiyası başlayıb. Onlar Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına etiraz etdiklərini və aksiyalarının dinc xarakter daşıdığını bildiriblər. Bu müddət ərzində Rusiya sülhməramlılarının 1000-dən çox avtomobili yoldan keçib. BQXK avtomobillərinin hərəkətinə və mülki erməni əhalisinin geri qayıtmasına şərait yaradılıb. 

Lakin artıq 50 gündən çoxdur ki, Ermənistan rəhbərliyi və özünü Qarabağdakı ermənilərin "lideri" adlandıran şəxslər dünya ictimaiyyətini aldatmağa, hadisələri manipulyasiya etməyə çalışırlar. Belə ki, onlar bu müddət ərzində guya 120 min erməninin blokada şəraitində qaldığını, qaz, su, işıq, yemək, internet, xəstəxana və.s problemlərinin yarandığını, humanitar böhranın baş verdiyini bildirirlər. İlk həftələrdə onların açıqlamalarına görə, artıq Qarabağdakı əhalinin çoxu acından ölməli idi. Bu cür açıqlamalarla onlar beynəlxalq ictimaiyyət aldatmağa çalışırlar.

"Operativ Media" "blokada"da yaşayan, "humanitar böhrandan əziyyət çəkən", "qazsız, işıqsız, internetsiz qalan" Xankəndi ermənilərinin sosial şəbəkə profillərini araşdırıb. Məlum olub ki, Xankəndidə restoranlar işləyir, xəstəxanalar, gözəllik salonları, mağazalar və.s hər biri adi qaydada fəaliyyətlərinə davam edirlər. Həmin fotoları təqdim edirik.

Teqlər:

"\"Blokada\"da olduqlarını iddia edən ermənilərin sosial şəbəkələrdəki paylaşımları diqqət çəkir"

Fotogalereya

Əlaqəli Xəbərlər