Menyu

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Nərmin Qocamanlı
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
1 dəq oxu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 6-da başa çatıb.

Operativ Media xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər yola saldılar.

Fotogalereya

Əlaqəli Xəbərlər