Menyu

Klaus Yohannis Şəhidlər xiyabanını ziyarət edib

Nərmin Qocamanlı
Klaus Yohannis Şəhidlər xiyabanını ziyarət edib
1 dəq oxu

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Şəhidlər xiyabanını ziyarət edib.

"Operativ Media" xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rumıniya Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rumıniyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

 

Fotogalereya

Əlaqəli Xəbərlər