http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

MN: Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub

03 Fevral 2023 , 11:16
MN: Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub

N hərbi hissəsində "Pilotsuz uçuş aparatlarının (PUA) operator-pilot və texnik kursu"nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirdə çıxış edənlər PUA-nın İkinci Qarabağ müharibəsində effektiv tətbiqindən danışıblar, kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, kurs zamanı dinləyicilərə PUA-nın sökülüb-yığılması, praktiki uçuşların icrası, həmçinin uçuş və kəşfiyyatın aparılmasının növləri üzrə məşğələlər keçirilib. Bununla yanaşı, hərbi qulluqçular müxtəlif ərazi relyeflərində hava kəşfiyyatı apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə nəzəri və praktiki vərdişləri mənimsəyiblər. Qeyd edək ki, kurs zamanı dərslər Vətən müharibəsi və son döyüş əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
Menyu