Menyu

Azərbaycan COP30 brifinqində qlobal iqlim öhdəliyini təsdiqlədi

Əziz Əzizli
Azərbaycan COP30 brifinqində qlobal iqlim öhdəliyini təsdiqlədi

Azərbaycan ötən gün Braziliyada keçirilən COP30 brifinqində qlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir daha təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “X”dəki rəsmi hesabında bildirilib.

Qeyd olunur ki, Azərbaycanda keçirilmiş COP29 iqlim fəaliyyətinin irəliləyişində dönüş nöqtəsi oldu: “Biz Bakıda başlanmış Fəaliyyət Proqramı təşəbbüslərinə əsaslanaraq COP-dan COP-a əməkdaşlığı gücləndirmək, davamlılıq və uyğunluğu təmin etmək məqsədi daşıyırıq. Belemdə COP30-a doğru irəliləyərkən, bizi bu günə qədər gətirən kollektiv səylərə hörmətlə yanaşırıq və bu kritik məqamda iqlim danışıqlarının növbəti mərhələsinə rəhbərlik üçün Braziliya rəhbərliyini dəstəkləməyə hazırıq”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər