Menyu

Aİ-nin Ukraynaya yardım planı 26 ölkə tərəfindən dəstəkləndi

Əziz Əzizli
Aİ-nin Ukraynaya yardım planı 26 ölkə tərəfindən dəstəkləndi

Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının artırılması və Aİ-nin hərbləşdirilməsi planı birliyin 27 ölkəsindən 26-sı tərəfindən bəyənilib.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Brüsseldə keçirilən fövqəladə təhlükəsizlik sammiti çərçivəsində avropalı mənbə bildirib.

"Ukraynaya yardım və Aİ-nin yenidən silahlanma planı İttifaqın 27 ölkəsindən 26-sı tərəfindən dəstəkləndi", -diplomat deyib. O, Macarıstanın hələlik bitərəf qaldığını qeyd edib.

Diplomat vurğulayıb ki, sammitdə müzakirələr hələ davam edir.

Teqlər:

"A\u0130-nin Ukraynaya yard\u0131m plan\u0131 26 \u00f6lk\u0259 t\u0259r\u0259find\u0259n d\u0259st\u0259kl\u0259ndi"

Əlaqəli Xəbərlər