
"Biz dəfələrlə Şimali Koreya ilə danışıqlara hazır olduğumuzu açıq şəkildə bildirmişik".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Şimali Koreya nüvə silahı da daxil olmaqla, total müharibə prinsipi çərçivəsində ABŞ-ın mümkün hərbi əməliyyatına cavab verəcəyini bəyan etdikdən sonra Pxenyanın cavabı Vaşinqton cəbhəsindən gəlib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Şimali Koreya ilə dəfələrlə dialoqa çağırdıqlarını xatırladıb.
“Biz dəfələrlə açıq şəkildə bildirmişik ki, Şimali Koreya ilə Koreya yarımadasının nüvəsizləşdirilməsinə nail olmaq üçün atacağımız praktiki addımlar barədə danışmağa hazırıq”.
Regional sülh və təhlükəsizlik üçün dünya ölkələrinin Şimali Koreyanı məsuliyyətə cəlb etməli və Pxenyan rejiminə “ABŞ, onun müttəfiqləri və daha geniş region üçün təhlükə yaradan davamlı təxribatların baha başa gələcəyi və çox aydın mesaj göndərməli olduğunu qeyd edərək, O xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinin lehinə səs verən bütün ölkələr, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) daimi üzvləri Şimali Koreyaya qarşı sanksiyalara əməl etmək və tətbiq etmək öhdəliyi daşıyır.