07 Mart 2025, 17:02
Azərbaycan Keniyadakı məktəbə 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərib
AİDA tərəfindən Keniyadakı məktəbə 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərib.
Azərbaycan Keniyadakı məktəbə 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərib şəkil
Azərbaycan Keniyadakı məktəbə 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərib

Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərin tərkib hissəsi olaraq AİDA tərəfindən Keniyanın Vihiqa əyalətində yerləşən Müqəddəs Ursula adına Çamakanqa xüsusi məktəbinin zəruri ehtiyaclarının ödənilməsi üçün 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərilib.

Bu barədə Operativ Media-ya  barədə Azərbaycan Respublikasının Keniyadakı səfirliyindən məlumat verilib.

Humanitar yardım çərçivəsində məktəbdə təhsil alan və yaşayan əqli qüsurlu uşaqların bir sıra təxirəsalınmaz sosial tələbatları, həmçinin məktəb binasının ən təcili maddi-texniki ehtiyacları təmin ediləcəkdir.

AİDA-nın humanitar aksiyası münasibəti ilə martın 7-də məktəbdə təşkil edilən təqdimat mərasimində Vihiqa əyalətinin qubernatoru Dr. Uilber Ottiçilo, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Keniya təhsil nazirinin birinci müavini Beatris İnyangala, millət vəkililəri Beatris Adagala və Klement Sloya, Vihiqa əyalətinin müvəkkili Florens Sitava və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən məktəbin direktoru Benina Vafula AİDA-nın məktəbin müraciətini qəbul edib maddi dəstək göstərməsinə görə Azərbaycan Hökumətinə təşəkkür edib. O, bu xeyirxah aksiyanın Vihiqa əyalətində Azərbaycan haqqında unudulmaz təəssüratların yaranmasına böyük töhfə olacağını qeyd edib.

Vihiqa əyalətinin qubernatoru Dr. Uilber Ottiçilo çıxışında Keniya ilə Azərbaycan arasında münasibətlərin çoxşaxəli olduğunu qeyd edərək Azərbaycanın qlobal və regional təşəbbüsləri, layihələri ilə beynəlxalq ictimaiyyət arasında, o cümlədən Keniyada böyük etimad qazandığını vurğulayıb. Özünün iştirak etdiyi COP29-da Azərbaycanın liderliyi ilə qəbul edilən mühüm qərarların və sessiya çərçivəsində Azərbaycanın inkişaf etməkdə olan ölkələrə göstərdiyi dəstəyin əhəmiyyətini dilə gətirib, ölkəmizə səfərindən ən xoş təəssüratlarını bölüşüb. AİDA xətti ilə göstərilən humanitar yardımı tərəflər arasında dostluğun və əməkdaşlığın rəmzi kimi qiymətləndirib.  

Səfir Sultan Hacıyev çıxışında Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti, Prezident cənab İlham Əliyevin liderliyi ilə müasir Azərbaycanın qazandığı nailiyyətlər barədə məlumat verib. 2020-ci ildə şanlı Zəfər nəticəsində ərazi bütövlüyünün bərpa olunması, postmünaqişə dövründə ərazilərdə yenidənqurma və genişmiqyaslı humanitar minatəmizləmə işlərini qeyd edib. Səfir AİDA-nın humanitar fəaliyyəti və beynəlxalq əməkdaşlığı haqqında iştirakçıları məlumatlandırıb.

Səfir S. Hacıyev Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Heydər Əliyev Fondunun humanitar missiyası və çoxsaylı beynəlxalq layihələrini də qeyd edib. Səfir bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2024-cü ilin dekabrında Nayrobi şəhərində səfərdə olarkən Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Nayrobi tam orta məktəbinin avadanlıqlarla təchiz edilmiş laboratoriya və kompüter sinfinin açılışını edib. Həmçinin, Fond tərəfindən Keniyanın bir neçə xəstəxanasının yeni doğulan uşaqlar bölməsinə tibbi avadanlıqlar təqdim edilib.

Səfir sonda Azərbaycan ilə Keniya arasında əməkdaşlığın genişləndirilməsinə inamını ifadə edib.

 

Son xəbərlər
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək