Menyu

Aİ-nin Ermənistandakı missiyası Qazaxla həmsərhəd ərazilərdə müşahidə aparıb

Aİ-nin Ermənistandakı missiyası Qazaxla həmsərhəd ərazilərdə müşahidə aparıb

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri növbəti dəfə Azərbaycanla həmsərhəd ərazilərdə müşahidə aparıblar.

Operativ Media xəbər verir ki, Aİ müşahidəçilər martın 7-də Qazax rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə mətbuatda mütəmadi məlumatlar və görüntülər yayılır.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.

Teqlər:

"A\u0130-nin Erm\u0259nistandak\u0131 missiyas\u0131 Qazaxla h\u0259ms\u0259rh\u0259d \u0259razil\u0259rd\u0259 m\u00fc\u015fahid\u0259 apar\u0131b"

Əlaqəli Xəbərlər