Menyu

Meksika prezidenti Şeynbaum ABŞ-ni qarşılıqlı hörmət və dialoqa çağırıb

Əziz Əzizli
Meksika prezidenti Şeynbaum ABŞ-ni qarşılıqlı hörmət və dialoqa çağırıb

ABŞ prezidenti Donald Trampın Meksikaya 25% əlavə gömrük rüsumlarını bir ay müddətinə dayandırmasından sonra Şeynbaum paytaxt Mexikoda Zokalo meydanında minlərlə insana müraciət edib.

"Operativ Media" xəbər verir ki, Şeynbaum çıxışında "Biz Meksika ilə ABŞ arasında münasibətlərin hər zaman qarşılıqlı hörmət və dialoq yolu ilə möhkəmlənəcəyinə inanırıq. Amerika xalqına deyirəm ki, bizim onlara zərər vermək niyyətimiz yoxdur və heç vaxt olmayacaq və biz onlarla bütün sahələrdə əməkdaşlıq etmək əzmindəyik", - deyə qeyd edib.

Şeynbaum "Biz ABŞ-ylə dialoqdan hər zaman xoşbəxtik. Meksika humanitar səbəblərə görə fentanilin ABŞ-dəkı gənclərə çatmasının qarşısını almaq üçün əməkdaşlığı davam etdirəcək. Biz bu dərmanın təkcə ABŞ-də deyil, dünyanın heç bir yerində və ya Meksikada gənclərə çatmasını istəmirik" deyə bildirib.

Teqlər:

"Meksika prezidenti \u015eeynbaum AB\u015e-ni qar\u015f\u0131l\u0131ql\u0131 h\u00f6rm\u0259t v\u0259 dialoqa \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər