http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan və Macarıstan XİN başçıları görüşüb - YENİLƏNİB

03 Fevral 2023 , 14:55
Azərbaycan və Macarıstan XİN başçıları görüşüb - YENİLƏNİB

3 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüşdə iştirak məqsədilə ölkəmizə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.

Görüş zamanı, Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Macarıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlığın yüksələn xətt üzrə inkişafını məmnunluqla qeyd edib. İki ölkə arasında enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın inkişafını xüsusilə vurğulayan nazir Ceyhun Bayramov, 17 dekabr 2022-ci ildə imzalanmış, özündə Xəzər və Qara dəniz regionunda bərpa olunan enerji potensialından istifadə edilməsini, o cümlədən enerji təchizatının şaxələndirilməsini nəzərdə tutan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bu sahədə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, hadisələrlə bağlı Ermənistan tərəfinin əsassız iddialarının beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi daşığını bildirib. Nazir, eyni zamanda bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Nazir Peter Siyarto, Macarıstanın iki ölkə arasında strateji xarakter daşıyan münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib. Əlaqələrin bu səviyyədə inkişafında iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının, xüsusilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti vurğulanıb. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunluq ifadə olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna istinad edən nazir Peter Siyarto, bu xüsusda həyata keçirilən birgə layihələrin əməkdaşlığa töhfəsini vurğulayıb. O, eyni zamanda, Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işlərinə macar şirkətlərinin cəlb olunması perspektivlərinin olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

14:03

Nazir Ceyhun Bayramov Azərbaycan/a səfəri çərçivəsində Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyartonu qarşılayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir

COP29 nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası və Nyu-York İqlim Həftəsinə qatılıb

COP29 nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası və Nyu-York İqlim Həftəsinə qatılıb

Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 11:22

    Azərbaycan PL: "Zirə" Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qarşı
  • 10:59

    Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb
  • 10:49

    Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib 
  • 10:46

    Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
  • 10:23

    Havanın temperaturu iqlim normasından 1.4 dərəcə yuxarı olub - FAKTİKİ HAVA
  • 10:15

    VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
  • 10:14

    "Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi
  • 09:54

    Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir
Menyu