Menyu

Danimarka Ukraynaya qoşun göndərməyə hazırdır

Əsəd Abbaslı
Danimarka Ukraynaya qoşun göndərməyə hazırdır

Danimarka lazım gələrsə, sülhü qorumaq üçün Ukraynaya qoşun göndərməyə hazırdır.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Lars Lokke Rasmussen məlumat verib.

“Əgər söhbət atəşkəs və ya sülh razılaşması əldə etmək üçün Avropanın iştirakının lazım olduğu nöqtəyə gəlirsə, o zaman Danimarka prinsipcə buna hazırdır”, - nazir bildirib.

Eyni zamanda, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen qeyd edib ki, hər hansı konkret addımların atılması barədə qərar hələ qəbul edilməyib və hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq.

Teqlər:

"Danimarka Ukraynaya qo\u015fun g\u00f6nd\u0259rm\u0259y\u0259 haz\u0131rd\u0131r"

Əlaqəli Xəbərlər