Menyu

Azərbaycan və Qazaxıstan XİN rəhbərləri arasında geniştərkibli görüş keçirilib

Nərmin Qocamanlı
Azərbaycan və Qazaxıstan XİN rəhbərləri arasında geniştərkibli görüş keçirilib
1 dəq oxu

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının Baş nazir müavini – xarici işlər naziri Murat Nurtleu arasında geniştərkibli görüş olub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, ikitərəfli və çoxistiqamətli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Tərəflər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və humanitar istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Bundan əlavə, BMT, İƏT, TDT və AQEM kimi regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq gündəmdə olub.

Əlaqəli Xəbərlər