
Zelenski paylaşdığı videomüraciətdə ABŞ və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanındakı görüşünü dəyərləndirib.
Operativ Media xəbər verir ki, görüşü müsbət qiymətləndirən Zelenski, görüş zamanı bir çox mühüm detalların müzakirə edildiyini bildirib.
ABŞ-nin Rusiya-Ukrayna müharibəsində 30 günlük atəşkəs təklif etdiyini xatırladan Zelenski, "Ukrayna bu təklifi qəbul edir, müsbət hesab edirik. Biz belə bir addım atmağa hazırıq və ABŞ-nin Rusiyanı da razı salması lazımdır. Yəni biz razıyıq, əgər ruslar razılaşarsa, bu susqunluq (atəşkəs) həmin anda qüvvəyə minəcək", - deyə bildirib.
Atəşkəs əldə olunarsa, 30 gün ərzində ABŞ və digər müttəfiqləri ilə görüşəcəklərini qeyd edən Zelenski, Ukrayna üçün təhlükəsizlik təminatları və davamlı sülh üzərində çalışacaqlarını bildirib.
"Ukrayna sülhə hazırdır. Rusiya da müharibəni dayandırmaq və ya davam etdirmək istəyini nümayiş etdirməlidir", - Zelenski mesajında bildirib.