12 Mart 2025, 11:53
Azərbaycan və Şimali Makedoniya XİN rəhbərləri arasında görüş olub - YENİLƏNİB
Bu gün Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət nazirini qəbul edib.
Azərbaycan və Şimali Makedoniya XİN rəhbərləri arasında görüş olub - YENİLƏNİB şəkil
Azərbaycan və Şimali Makedoniya XİN rəhbərləri arasında görüş olub - YENİLƏNİB

12 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timko Muçunski ilə görüşüb.

XİN-dən Operativ Media-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, siyasi dialoqun inkişafı, iqtisadi, ticarət, enerji və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Şimali Makedoniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əməkdaşlığın inkişafına töhfə verdiyini diqqətə çatdırıb. 

İkitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanların müəyyən edilməsinin, ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edərək, Azərbaycanın enerji təchizatçısı və tranzit ölkə kimi Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd ediblər. Bu çərçivədə bərpa olunan enerji və alternativ enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Görüşdə, həmçinin turizm sahəsində əlaqələrin inkişafı üçün potensial imkanlar dəyərləndirilib. Ölkələrimizin zəngin mədəni irsi və turizm imkanlarının tanıdılması istiqamətində birgə işlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, bərpa-yenidənqurma işləri, mina təhdidləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə həmkarına məlumat verərək, bölgədə sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində ölkəmizin səylərini diqqətə çatdırıb.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra, Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında sazişin imzalanma mərasimi hər iki nazirin iştirakı ilə baş tutub. 


***
11:22

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mutsunskini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib.

Görüş zamanı nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib, tərəfdaşlığın daha da genişləndirilməsində yüksək səviyyəli səfərlərin və siyasi dialoqun əhəmiyyətini vurğulayıblar.

Enerji, turizm, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları da müzakirə edilib.

Ceyhun Bayramov həmkarını münaqişədən sonrakı regional vəziyyət barədə məlumatlandırıb.

Son xəbərlər
İsrail Dohadakı nümayəndə heyətini geri çağırıb
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
"Çelsi" Rodriqonu transfer etməyi düşünür
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
20 May 2025, 23:25
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
"Louvre Plaza" şadlıq sarayında yanğın olub
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq