12 Mart 2025, 13:36
İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib.
İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib - YENİLƏNİB şəkil
İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

Operativ Media  xəbər verir ki, Tatyana Valovaya COP29-un ölkəmizdə uğurlu təşkilinə və iqlim gündəliyi ilə əlaqədar qəbul olunmuş vacib qərarlara görə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev BMT-nin ixtisaslaşmış aidiyyəti təşkilatlarının, o cümlədən Cenevrədəki ofisinin rəhbərliyinin də COP29-da fəal təmsil olunmasını və Azərbaycanla əməkdaşlığını məmnunluqla vurğuladı.

Görüşdə Azərbaycan və BMT, həmçinin BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə edildi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərdə BMT-nin Cenevrədəki ofisinin rəhbərliyinin və ixtisaslaşmış strukturlarının nümayəndələrinin iştirakının vacibliyi qeyd olundu.

Söhbət zamanı BMT-nin müəyyənləşdirdiyi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanın bu Məqsədlərin həyata keçirilməsi istiqamətində sosial, iqtisadi və digər sahələrdə yaxşı nəticələr əldə etdiyi vurğulandı. Həmçinin ölkəmizin milli səviyyədə də dayanıqlı inkişaf məqsədini müəyyənləşdirdiyi bildirildi və bunun da nümunəvi xarakter daşıdığı qeyd olundu.

Görüşdə 2026-cı ildə Azərbaycanın UN-Habitat ilə birlikdə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulandı, bu xüsusda birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

***

11:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb