12 Mart 2025, 22:00
Ərdoğan Avropa ittifaqına çağırış edib
"Biz hər dəfə vurğulayırıq ki, Aİ-yə tam üzv olmaq bizim strateji hədəfimizdir"
Ərdoğan Avropa ittifaqına çağırış edib şəkil
Ərdoğan Avropa ittifaqına çağırış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan .bu gün keçirdiyi mətbuat konfransında Avropa İttifaqına çağırış edib.

Operativ Media xəbər verir ki, məlumatı haber7 saytı yayıb.

Tükiyədə səfərdə olan Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında gündəmlə bağlı mühüm açıqlamalar verən R.T.Ərdoğan deyib: "Bu gün biz Polşanın Aİ Şurasına sədrliyi çərçivəsində aktual regional və qlobal problemləri, o cümlədən Türkiyə-AB münasibətlərini müzakirə etdik. Biz hər dəfə vurğulayırıq ki, Aİ-yə tam üzv olmaq bizim strateji hədəfimizdir.

Biz tez-tez həmkarlarımızla Aİ ilə əməkdaşlığımızı qarşılıqlı fayda və hörmət əsasında davam etdirmək istəyimizi müzakirə edirik. Aİ gücünün və nüfuzunun itirilməsinin qarşısını almaq; hətta bunu tərsinə çevirmək istəsə, buna ancaq Türkiyənin tam üzvlüyü ilə nail ola bilər".

Son xəbərlər
Ermənistanın müdafiə naziri iranlı həmkarı ilə görüşüb
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38