Prezidentin köməkçisi: Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var
Nərmin Qocamanlı
Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də XII Qlobal Bakı Forumunda deyib.
O bildirib ki, hazırda Azərbaycanın coğrafi baxımdan yaxın olduğu Yaxın Şərqdə də məlum hadisələr baş verir.
“Mərkəzi Asiya-Azərbaycan əlaqələrini gücləndirmək xarici siyasətimizin prioritetlərindəndir. Türk Dövlətləri Təşkilatı da bölgədə yeni reallıqdır. Həmçinin hazırda Gürcüstan-Azərbaycan münasibətləri qonşuluq əlaqələri baxımından nümunədir”, - o əlavə edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma