Menyu

Sabiq xüsusi nümayəndə: BMT sistemini düzəltməliyik

Sabiq xüsusi nümayəndə: BMT sistemini düzəltməliyik

BMT Təhlükəsizlik Şurası fərqli formatda işləyir.

Operativ Media xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Çin Hökumətinin Avropa məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Vu Honqbo deyib.

O bildirib ki, bəzi ölkələr TŞ-nın veto hüququndan müəyyən hallarda sui-istifadə edir: “Biz konstruktiv dialoqa başlamalı, vədlərimizi əməllərə çevirməliyik. Deyilənlər əməldə əksini tapmır. Məsələn, TŞ-nın qətnamələri mütləq qüvvəyə malikdir. Lakin bəzi ölkələr bu qətnamələri seçim əsasında tətbiq edir, TŞ-nin beş daimi üzvü isə buna ikili standartlarla yanaşır. Biz BMT sistemini düzəltməliyik, tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə, inkişaf edən ölkələrə qarşı. Bunu BMT səviyyəsində etməliyik”.

Vu Honqbo ABŞ və Çin arasındakı münasibətlərə də toxunub.

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər