Menyu

Azərbaycan XİN Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb

Əsəd Abbaslı
Azərbaycan XİN Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat verib.

Operativ Media-nın məlumatına görə, bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığının məmnunluqla qeyd olunduğu bildirilib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".

Teqlər:

"Az\u0259rbaycan X\u0130N Erm\u0259nistanla s\u00fclh sazi\u015fi \u00fczr\u0259 dan\u0131\u015f\u0131qlar\u0131n bitm\u0259si il\u0259 ba\u011fl\u0131 b\u0259yanat yay\u0131b"

Əlaqəli Xəbərlər