Xocalı faciəsi ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc olunub
Əsəd Abbaslı
Azərbaycanın BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar BMT-nin Baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, Xocalıda törədilmiş cinayətlər təsadüfi deyil, əksinə, etnik və dini nifrət və dözümsüzlük zəminində həyata keçirilən geniş, sistemli siyasətin tərkib hissəsidir: “Ağır cinayətlərə görə məsuliyyət mütləq və qaçılmazdır. Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi heç vaxt unutmayacaq".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net