13 Mart 2025, 22:54
Ceyhun Bayramov Yunanıstan Parlamentinin üzvü ilə görüşüb
Görüşdə Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Ceyhun Bayramov Yunanıstan Parlamentinin üzvü ilə görüşüb şəkil
Ceyhun Bayramov Yunanıstan Parlamentinin üzvü ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində Yunanıstan Respublikasının Parlamentinin üzvü Dmitris Avramopulos ilə görüşüb.

 

Bu barədə Operativ Media-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə Qlobal Bakı Forumu kimi tədbirlərin dünyanı narahat edən çağırışlarla mübarizədə rolu vurğulanıb.

Ötən il ölkəmizdə təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Yunanıstanın baş nazir səviyyəsində təmsil olunması məmnunluqla xatırlanıb, ali və yüksək səviyyəli bu kimi təmasların qarşılıqlı dialoqa töhfə verdiyi qeyd olunub.

İki ölkə arasında bir sıra, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm, humanitar istiqamətlər üzrə əməkdaşlığın perspektivlərinin mövcud olduğu qeyd olunub. 

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşlardan biri olduğu diqqətə çatdırılıb, həyata keçirilən layihələrin, xüsusilə Cənub Qaz Dəhlizinin  enerji sahəsində əməkdaşlıqda çəkisi və rolu vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Müəllimlərin sertifikasiya imtahanı nə vaxt keçiriləcək?