Menyu

Xorvatiyanın sabiq prezidenti: Ukraynalılar hamıdan çox sülh istəyir

Xorvatiyanın sabiq prezidenti: Ukraynalılar hamıdan çox sülh istəyir

Ukraynalılar hamıdan çox sülh istəyir.

Operativ Media xəbər verir ki, bunu Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, insanlar yorulub, təngə gəlib: “Ukraynaya ərazi bütövlüyünün müdafiəsi çox baha başa gəlir. İstənilən atəşkəs Rusiyanın işğalı davam etdirməsinin qarşısını almalıdır. Bu bizi də narahat edir, çünki coğrafi baxımdan yaxınıq”.

Eks-prezident Rusiya Prezidentinin sonuncu çıxışına da toxunub: “Putin dedi ki, Rusiya hazırda qalib mövqedədir və Rusiya Ukraynanın daha da dərinliyinə gedə bilər. Ardıncda da istənilən atəşkəsin Ukraynanın xeyrinə olacağını dedi - onları hazırlaşması baxımından”.

Kolinda Qrabar-Kitaroviç həmçinin bildirib ki, Tramp və Putin bəlli olnayan səbəblərdən dəyişiblər: "Mən onların hər ikisini tanıyıram, təmasda olmuşam”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər