Yuşenko: Ukrayna sülhə hamıdan çox ehtiyac duyur, lakin şərtlər var
Ukraynanın sülhə hamıdan çox ehtiyacı var, lakin əsas şərt budur ki, sülh xalqımızı sındırmamalıdır.
Operativ Media xəbər verir ki, bunu Ukraynanın üçüncü prezidenti Viktor Yuşenkonun həyat yoldaşı Katerina Yuşenko XII Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı bildirib.
O vurğulayıb ki, hətta hökumət qəbuledilməz şərtlərə razı olsa belə, Ukrayna xalqı buna qarşı olacaq.
"Ukrayna xalqı demokratiyaya sadiqliyi ilə tanınır. Hətta ölkə Prezidenti Volodimir Zelenski bizə uyğun olmayan müəyyən kompromislərə getsə belə, biz sonadək mübarizə aparacağıq", - Yuşenko bildirib.
Onun sözlərinə görə, sülh yalnız Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və milli kimliyinin qorunması şərtilə mümkündür.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net