14 Mart 2025, 16:59
Parlament sədri: Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq mümkün deyil
Alen Simonyan: Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq mümkün deyil
Parlament sədri: Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq mümkün deyil şəkil
Parlament sədri: Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq mümkün deyil

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımamalı və gələcəkdə də bu addımı atmamalı olduğunu deyən siyasi qüvvələr və xadimlər, əslində Ermənistanın öz ərazi bütövlüyünü tanımamalı olduğunu deyirlər.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan sosial şəbəkə hesabında yazıb.

"Ermənistanın ən azı iki qonşusu ilə əbədi müharibə vəziyyətində olmalı olduğunu deyənlər, respublikanı beynəlxalq hüquq çərçivəsindən kənara çıxarır, onun bütün mümkün danışıqların subyekti olma imkanından məhrum edir", - spiker yazıb və əlavə edib ki, bu, "ölkəyə üçüncü qüvvələrin daxil olmasına, Ermənistan Respublikasının müstəqilliyinin və dövlətçiliyinin ləğvinə yol açır.

Ermənistan 4 ölkə ilə qonşudur və onlarla olan dörd sərhəddən birini tanımamaqla, əslində öz mövcudluğunu tanımamış olur”, - o qeyd edib.

A.Simonyanın fikrincə, belə hərəkətlər beşinci kolon və düşmənlər üçün xarakterikdir. Və mətnə əlavə olaraq yazıb: "Yeri gəlmişkən, Ermənistanın heç bir hakimiyyəti heç vaxt Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan etməyib".

Son xəbərlər
Prezident İlham Əliyevin Macarıstan səfəri: Yeni iqtisadi və diplomatik hədəflər - RƏY
308 tələbəyə “Adlı təqaüd” təqdim edilib
Budapeştdə İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Şamaxıda 10 kq qızılı talayıb bataqlıqda gizlənən şəxslər tutulub
20 May 2025, 17:17
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb