Menyu

Macarıstan Bakı və İrəvan sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayıb

Əsəd Abbaslı
Macarıstan Bakı və İrəvan sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayıb

Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoya biləcək sülh sazişinin hazırlanması istiqamətində inkişafı məmnuniyyətlə qarşılayırıq və ümid edirik ki, razılaşma gerçək bir sülh müqaviləsi ilə nəticələnəcək.

Operativ Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkədəki səhifəsində yazıb.

“Ukraynada davam edən müharibədən başqa, təəssüf ki, dünyada hələ də kifayət qədər münaqişə var. Lakin onlardan biri hazırda görünən odur ki, həll olunmağa doğru gedir. Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoya biləcək sülh sazişinin mətninə bu gün azərbaycanlı həmkarım və dostum Ceyhun Bayramovdan aldığım məlumata əsasən, razılıq əldə olunub. Təbii ki, bu, hələlik sülh prosesinin sonu demək deyil, lakin Cənubi Qafqaz regionunda yaşayan insanların dinc və sakit həyat imkanını yenidən qazanması üçün çox vacib bir addımdır.

Bu inkişafı məmnuniyyətlə qarşılayırıq və ümid edirik ki, razılaşma gerçək sülh müqaviləsi ilə nəticələnəcək”, - P.Siyarto qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər