Menyu

BƏƏ Bakı-İrəvan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb

Əsəd Abbaslı
BƏƏ Bakı-İrəvan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan Respublikası və Ermənistanın sülh danışıqlarının başa çatması barədə açıqlamasını alqışlayıb və ümidvar olduğunu bildirib ki, bu tarixi addım həm Azərbaycanın, Ermənistanın, həm də bütün Qafqaz regionunun inkişafına nail olmaq üçün kommunikasiya, dialoq və sabitlik körpülərini gücləndirəcək.

Operativ Media xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana Zəki Nuseybe qeyd edib ki, BƏƏ regional və beynəlxalq səviyyədə təhlükəsizlik və sülhün möhkəmləndirilməsi, davamlı, konstruktiv əməkdaşlığın yeni dövrünü başlayacaq nizamlanmanın möhkəmləndirilməsi üçün iki ölkə arasında razılaşdırılmış bütün tədbirləri dəstəkləyir.

Nuseybe BƏƏ-nin Azərbaycan və Ermənistanla geniş əlaqələrə malik olduğunu və qarşılıqlı maraqlara nail olmaq üçün onlar arasında əməkdaşlığın gücləndirilməsinə sadiq olduğunu vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər