16 Mart 2025, 15:37
Hakan Fidan Cenevrədə təşkil olunacaq toplantıda iştirak edəcək
Bildirilib ki, bu görüş nə əvvəlki müzakirə proseslərinin davamı, nə də yeni bir müzakirə mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
Hakan Fidan Cenevrədə təşkil olunacaq toplantıda iştirak edəcək şəkil
Hakan Fidan Cenevrədə təşkil olunacaq toplantıda iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah və 18 mart tarixlərində Cenevrədə təşkil olunacaq Kipr mövzusunda geniş formatlı qeyri-rəsmi toplantıda iştirak edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu görüş nə əvvəlki müzakirə proseslərinin davamı, nə də yeni bir müzakirə mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Görüşün əsas məqsədi Kipr məsələsinin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaqdır.

BMT Baş katibi Antonio Quterreşin himayəsində keçiriləcək görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, Cənubi Kipr Yunan Administrasiyasının lideri Nikos Xristodulidis, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis,Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Stefan Dauti iştirak edəcək.

Qeyd edək ki, Hakan Fidan 8-9 yanvar tarixlərində Şimali Kipr Türk Cümhuriyyəti səfərdə olub O, Prezident Ersin Tatar və Baş nazir Ünal Üstəl ilə görüşüb.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb