Menyu

Aİ Ukraynaya 3,5 milyard avro məbləğində tranşın ödənilməsini təsdiqləyib

Aİ Ukraynaya 3,5 milyard avro məbləğində tranşın ödənilməsini təsdiqləyib

Avropa İtttifaqı Şurası Ukraynaya 3,5 milyard avro məbləğində tranşın ödənilməsini təsdiqləyib.
Operativ Media  xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat dərc edilib.

Bildirilib ki, Şura Ukrayna Mexanizmi çərçivəsində Ukraynaya geri qaytarılmayan qrant və kreditlərin üçüncü ödənişini təsdiqlədikdən sonra Kiyev tezliklə təxminən 3,5 milyard avro alacaq.

"Mexanizmin əsas məqsədi Ukraynanın makro-maliyyə sabitliyini və bərpasını, yenidən qurulmasını və modernləşdirilməsini dəstəkləməkdir. Bu üçüncü ödənişlə Kiyev bir il əvvəl qüvvəyə mindiyi vaxtdan etibarən Ukrayna Mexanizmi çərçivəsində 20 milyard avroya yaxın vəsait əldə etmiş olacaq", -bəyanatda qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər