17 Mart 2025, 15:22
İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısına başsağlığı verib
Prezident: "Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı"
İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısına başsağlığı verib şəkil
İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısı xanım Qordana Silyanovska-Davkovaya Koçani şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar olaraq, başsağlığı verib.

Operativ Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Son xəbərlər
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib