17 Mart 2025, 20:13
Tacikistan və Rusiya arasında təhlükəsizlik məsələləri müzakirə edilib
Regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də hər iki liderin diqqət mərkəzində olub.
Tacikistan və Rusiya arasında təhlükəsizlik məsələləri müzakirə edilib şəkil
Tacikistan və Rusiya arasında təhlükəsizlik məsələləri müzakirə edilib

Tacikistan və Rusiya təhlükəsizlik təhdidləri ilə mübarizə üçün xüsusi xidmət və hüquq-mühafizə orqanlarının işini aktivləşdirməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə iki ölkənin prezidentləri Emoməli Rəhmon və Vladimir Putinin Kremldə apardıqları danışıqlar zamanı qeyd olunub.

Bildirilib ki, Tacikistan və Rusiya prezidentləri təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, təhlükəsizlik çağırışları və təhdidləri ilə mübarizədə xüsusi xidmət və hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyətinin aktivləşdirilməsi məsələlərini müzakirə ediblər. Bundan başqa, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də hər iki liderin diqqət mərkəzində olub.

Görüşün əvvəlində E.Rəhmon təhlükəsizlik məsələlərinin ikitərəfli gündəlikdə xüsusi yer tutduğunu vurğulayıb və Putinlə qarşılıqlı münasibətlərin vəziyyəti və perspektivlərini, həmçinin beynəlxalq və regional məsələləri müzakirə etməyə hazır olduğunu bildirib.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb