Menyu

Azərbaycan və Braziliya arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Əziz Əzizli
Azərbaycan və Braziliya arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Braziliyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ölkənin xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Maria Laura da Roşa və Braziliya dövlət başçısının xarici siyasət üzrə baş müşaviri Selso Amorim ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz “X” sosial şəbəkəsində müvafiq paylaşım edib.

E.Əmirbəyov həmçinin, Rio-Branko İnstitutunda Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik, qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələləri mövzusunda çıxış edib.

Səfəri çərçivəsində Elçin Əmirbəyovun Braziliya Milli Konqresindəki (ikipalatalı parlament - Qeyd) rəsmi şəxslərlə və ölkə mediasının nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər