Menyu

Azərbaycan və ITF mina probleminin həllini müzakirə edib

Əziz Əzizli
Azərbaycan və ITF mina probleminin həllini müzakirə edib

Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli İnsan Təhlükəsizliyinin Artırılması Təşkilatının (ITF) direktoru Tomaj Lovrençiç ilə mina problemini müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə diplomat “X”dəki səhifəsində yazıb.

“Mənim ITF direktoru Tomaj Lovrençiç ilə yaxşı görüşüm baş tutdu. Biz Azərbaycanın üzləşdiyi mina problemini, eləcə də təşkilatın ANAMA (Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi) ilə gələcək dəstəyini və əməkdaşlığını müzakirə etdik”, - R.Sadıqbəyli qeyd edib.

Səfir minatəmizləmənin Azərbaycan üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər