
Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün gördükləri işlər barədə danışıb.
Operativ Media xəbər verir ki, o, bu haqda paylaşdığı videomüraciətdə məlumat verib.
Fransa prezidenti Emmanuel Makron və Argentina prezidenti Xavyer Milei ilə ayrı-ayrılıqda telefon danışığı apardığını bildirən Zelenski, ABŞ-nin təklif etdiyi müvəqqəti atəşkəs təklifi barədə də danışdıqlarını qeyd edib.
Sabah ABŞ-nin “30 günlük fövqəladə atəşkəs” təklifindən bir həftə keçəcəyini bildirən Zelenski bu təkliflə bağlı Rusiya prezidenti Putindən hələlik heç bir cavab alınmadığını bildirib.
"Bu təklif çox erkən həyata keçirilə bilərdi. Müharibə şəraitində insan həyatı hər gün təhlükə altındadır. Artıq bir həftədir ki, dünyada hər kəsə, hətta üç ildir həqiqəti qəbul etməkdən boyun qaçıranlara belə aydın olur ki, bu müharibəni davam etdirən və uzadan Putindir. Putin bir həftədir ona təklif edilən atəşkəs təklifinə "hə" deyə bilməyib".