18 Mart 2025, 21:55
Ağ Ev Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb - YENİLƏNİB 4
Məlumatda, telefon söhbətində bir sıra vacib məsələlərin müzakirə edildiyi bildirilib.
Ağ Ev Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb - YENİLƏNİB 4 şəkil
Ağ Ev Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb - YENİLƏNİB 4

Ağ Ev Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı ilə bağlı açıqlama yayıb.

Operativ Media xəbər verir ki, məlumatda, telefon söhbətində bir sıra vacib məsələlərin müzakirə edildiyi bildirilib.

Bildirilir ki, hər iki lider bu münaqişənin davamlı sülhün əldə olunması ilə başa çatması barədə razılığa gəliblər.

Tərəflər, həmçinin ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar.

“Bu münaqişə heç vaxt başlamamalı və çoxdan səmimi və xoşniyyətli sülh səyləri ilə bitməli idi. Liderlər sülhə doğru hərəkətin atəşkəsin energetika və infrastruktur baxımından əldə olunması, Qara dənizdə atəşkəsin həyata keçirilməsi, tam atəşkəs və daimi sülhün əldə edilməsi üzrə texniki danışıqlarla başlamaq barədə razılığa gəliblər”, - deyə məlumatda vurğulanır.

21:30

Kreml, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı ilə bağlı açıqlama yayıb.

Operativ Media xəbər verir ki, məlumatda, telefon söhbətində bir sıra vacib məsələlərin müzakirə edildiyi bildirilib.

Liderlər Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsini davam etdiriblər.

Vladimir Putin hərbi əməliyyatlara və insan itkilərinə son qoymaq, məqsədə nail olmaq istəyinə görə Donald Trampa minnətdarlığını bildirib.

Məlumata görə, Putin amerikalı tərəfdaşları ilə hərtərəfli, davamlı və uzunmüddətli olmalı olan nizamlanmaya nail olmağın mümkün yollarını hərtərəfli araşdırmaq üçün birgə işləməyə hazır olduğunu bəyan edib.

ABŞ Prezidentinin 30 günlük atəşkəs rejiminin tətbiqi təşəbbüsü, bütün döyüş təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılmasının zəruriliyi və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanması ilə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirilib.

20:47

Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasındakı telefon danışığı başa çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Danışıqlar bitdi”, - o deyib.

Xatırladaq ki, iki lider arasında əvvəlki danışıq fevralın 12-də olub. Bundan əvvəl Rusiya və ABŞ dövlət başçıları üç il ərzində ünsiyyət qurmayıblar.

Liderlər arasında fevral razılaşmalarının ardından Səudiyyə Ərəbistanında yüksək səviyyəli Rusiya-Amerika danışıqları aparılıb.

Orada həm ikitərəfli münasibətlərin bərpası, həm də Rusiya-Ukrayna münaqişəsinin həlli müzakirə edilib.

19:07

Putin və Tramp arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin təxminən bir saatdır telefonla danışdığını bildirib.

14:58

Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Operativ Media bu barədə CNN informasiya agentliyinə istinadən xəbər verir.

ABŞ prezidenti Trampın sabah Rusiya prezidenti Putinlə telefon danışığı olacağına dair açıqlamasını təsdiqləyən Peskov, "Bəli, bu realdır. Çərşənbə axşamı üçün belə bir görüş hazırlanır" - ifadəsini işlədib.

Peskov “bu görüşdə hansı məsələlər müzakirə olunacaq?” sualına isə cavab verməyib.

Son xəbərlər
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1
İstanbulda yenidən zəlzələ olub
Gəncədə qadını maşın vurub
Erməni sərhədçisi odlu silahdan açılan atəşlə həlak olub - YENİLƏNİB
Azərbaycan PL: "Turan Tovuz" "Şamaxı" ilə bacarmadı
Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər - MƏHKƏMƏ
XİN: Krım və bütün işğal olunmuş ərazilər Ukraynadır