Bolqarıstan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların yekunlaşmasını alqışlayıb
Əsəd Abbaslı
Ermənistan və Azərbaycan arasında davamlı sülhün, Cənubi Qafqaz xalqları üçün sabitliyin və iqtisadi tərəqqinin vaxtıdır.
Operativ Media xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.
Qeyd olunub ki, Bolqarıstan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların çoxdan gözlənilən yekunlaşmasını alqışlayır və hər iki tərəfin sazişi tezliklə imzalayıb ratifikasiya etməsini gözləyir.
Xatırladaq ki, daha əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma