05 Fevral 2023, 16:18
Cozef Borel: "İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir"
Cozef Borel: "İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir" şəkil
Cozef Borel: "İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir"

“İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir. Çünki Tehranın bir sıra məsələlərdə hazırkı mövqeyi onun nüvə proqramı ilə bağlı razılığa gəlməyi çətinləşdirir”.

“Operativ Media” xəbər verir ki, bunu “El Pais” qəzetinə müsahibəsində Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel bəyan edib.

“Daxildə etirazların boğulması, xüsusən də qadınların hüquqlarının pozulması, ölüm hökmünün tətbiqi, Rusiyaya silah tədarükü - onlar bunu etdiklərini inkar etsələr də, bununla bağlı çoxlu dəlillər var - elə bir mühit yaradıblar ki, nüvə razılaşması getdikcə çətinləşir” - deyə, o bildirib.

Diplomat əlavə edib ki, hazırda müqavilə dondurulub: “Mən onu xilas etməyə çalışmalıyam”.

Son xəbərlər
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb
ABL: "Gəncə" "Şəki"ni məğlub etdi
Binəqədidə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq