Menyu

Fəxrəddin Altun: Prezidentimizə kölgə salmağa çalışırlar

Əsəd Abbaslı
Fəxrəddin Altun: Prezidentimizə kölgə salmağa çalışırlar

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Rəcəb Tayyib Ərdoğan barəsində böhtan xarakterli kampaniyaların qarşısının alınacağını deyib.

Operativ Media xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

F.Altun bildirib ki, hazırda aparılan istintaqın məzmunu və təfərrüatları ilə tanış olmadan aparılan siyasi-ideoloji qiymətləndirmələr arasında Prezident Rəcəb Tayyib Ərdoğana qarşı böhtan xarakterli iddialar var.

"Ərdoğanın hüquqlarını qoruyacaq və böhtan kampaniyalarına qarşı çıxacağıq", - o əlavə edib.

İdarə rəhbəri məhkəmə tərəfindən verilən qərara cəmiyyətin bütün təbəqələri tərəfindən hörmətlə yanaşılmalı olduğunu xatırladıb: "Bu prosesdə dezinformasiyaya qarşı mübarizəmizi davam etdirəcəyik. Vətəndaşlarımızdan təsdiqlənməmiş və şübhəli məzmuna qarşı diqqətli olmaqla bu mübarizəni dəstəkləmələrini, həmişə olduğu kimi, rəsmi qurum və orqanların bəyanatlarına inanmalarını ciddi şəkildə xahiş edirik”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər