13 Oktyabr 2022, 12:24
Ərdoğanla Şavkat Mirziyoyev "Özbəkistan-Azərbaycan-Türkiyə" formatında dialoqun genişləndirilməsini razılaşdırıblar
Ərdoğanla Şavkat Mirziyoyev "Özbəkistan-Azərbaycan-Türkiyə" formatında dialoqun genişləndirilməsini razılaşdırıblar şəkil
Ərdoğanla Şavkat Mirziyoyev "Özbəkistan-Azərbaycan-Türkiyə" formatında dialoqun genişləndirilməsini razılaşdırıblar

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Şurasının sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

"Operativ Media" xəbər verir ki, genişmiqyaslı strateji tərəfdaşlıq münasibətlərinin və çoxtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair yüksək səviyyəli sazişlərin icrası müzakirə edilib.

Birgə investisiya layihələrinin təşviqi və yeni biznes təşəbbüslərinin həyata keçirilməsinə, Türkiyənin aparıcı şirkətlərinin ölkəmizdə dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində iştirakına xüsusi diqqət yetirilib.

İlk növbədə mədəniyyət və təhsil sahələrində fəal humanitar mübadilələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Bu ilin noyabrında Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatına hazırlıq məsələləri müzakirə olunub. Nazirlərin “Özbəkistan-Türkiyə-Azərbaycan” formatında müntəzəm görüşləri çərçivəsində səmərəli dialoqun genişləndirilməsi razılaşdırılıb.

Son xəbərlər
Bu dəfə Qubadlı ilə sərhəddə Azərbaycan ərazilərini müşahidə etdilər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır