19 Mart 2025, 23:39
Rusiya Moldovaya nota verib
Rusiyanın Kişinyovdakı səfirliyinin bomba təhlükəsi ilə bağlı bloklanması ilə bağlı Moldovanın Moskvadakı səfiri Lilian Dariusa etiraz edib.
Rusiya Moldovaya nota verib şəkil
Rusiya Moldovaya nota verib

Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfirliyinin bomba təhlükəsi ilə bağlı bloklanması ilə bağlı Moldovanın Moskvadakı səfiri Lilian Dariusa etiraz edib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

Mətbuat xidməti Moldovanın 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını pozduğunu qeyd edib. Nazirliyin məlumatına görə, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın Kişinyovdakı səfirini diplomatik nümayəndəliyə buraxmayıb, bununla da diplomatik nümayəndəliyin funksiyalarını yerinə yetirmək imkanlarını məhdudlaşdırıb, binanın içərisində olan şəxslər isə çölə çıxa bilməyiblər.

“Bir müddət sonra vəziyyət düzəldi və səfirliyin ətrafındakı kordon götürüldü. Moskva Moldova tərəfinin bundan sonra 1961-ci il Vyana Konvensiyasının müddəalarına ciddi əməl edəcəyini gözləyir”, - bəyanatda deyilir.

Son xəbərlər
Tokayev Macarıstana səfərə gəlib
Prezident İlham Əliyevin Macarıstan səfəri: Yeni iqtisadi və diplomatik hədəflər - RƏY
308 tələbəyə “Adlı təqaüd” təqdim edilib
Budapeştdə İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Şamaxıda 10 kq qızılı talayıb bataqlıqda gizlənən şəxslər tutulub
20 May 2025, 17:17
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb