20 Mart 2025, 21:25
Rusiya: ATƏT-in Minsk Qrupu artıq aktual deyil
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ATƏT-in Minsk Qrupu haqqında danışıb.
Rusiya: ATƏT-in Minsk Qrupu artıq aktual deyil şəkil
Rusiya: ATƏT-in Minsk Qrupu artıq aktual deyil

ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə) bütün institutları ilə beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz.

Operativ Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə söyləyib.

“Bunun bütün strukturları, hətta ümumiyyətlə, Minsk Konfransı, bu Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsindən danışsaq belə, ləğv edilməlidir”, - deyə o qeyd edib.

O vurğulayıb ki, bu məsələ ilə bağlı qərar qəbul etməyin optimal yolu Bakı və İrəvanın qeyd olunan qurumların ləğvi ilə bağlı birgə təklifidir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, 2022-ci ildə qrupun amerikalı və fransız həmsədrləri sadəcə olaraq orada fəaliyyətini dayandırıblar:

“Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransanın iştirakı ilə keçirilən sammitdən sonra Ermənistan da Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Bu, 6 oktyabr 2022-ci ildə Praqada olub. Hər şeyə əlavə olaraq, 2023-cü ilin sentyabrında yer üzündəki vəziyyət kəskin şəkildə dəyişib.

Müvafiq olaraq, Minsk Qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə vaxtilə ATƏT-in təsdiq etdiyi və bu çoxdan olan mandatı sadəcə olaraq aktuallığını itirib. Madam ki, bu qrupda iki həmsədr fəaliyyətini dayandırıb, üstəlik bütün yuxarıda qeyd olunan amillər də ortaya çıxıb, o zaman hansı ATƏT-in Minsk Qrupundan danışmaq olar?”.

Son xəbərlər
"Mançester Siti" rəsmisi 16 yaşlı qapıçı üçün Türkiyəyə gəldi - FOTO
Ötən həftə 156 yanğına çıxış olub
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb