Avstriyada qar uçqunu nəticəsində 8 nəfər ölüb

Nərmin Qocamanlı
Avstriyada qar uçqunu nəticəsində 8 nəfər ölüb

Avstriyanın qərbində qar uçqunu nəticəsində fevralın 3-dən bəri Tirol və Vorarlberqdə 8 nəfər ölüb.

"Operativ Media" xarici KİV-ə istinadən istinadən xəbər verir ki,  fevralın 5-də Tirolda beş nəfər ölü tapılıb. Şərqi Tirolda qartəmizləyən maşını qar aparıb, sürücü dünyasını dəyişib. Etstalda da dağıdıcı qar uçqunu baş verib.

Bundan başqa, digər ərazilərdə uçqun altında olan 3 nəfərin axtarışları davam etdirilsə də, onların da hamısı ölü tapılıb. Fevralın 4-də Sankt-Anton-am-Arlberqdə iki nəfər qarın altında qalıb. Eyni hadisə Kaunerberqdə kurortda qeydə alınıb.

Fevralın 5-də Etstalda da uçqun olduğu bildirilib, bir kişi uçqun altında qalıb. Qış idmanı həvəskarı təcili yardıma baxmayaraq, günorta saatlarında dünyasını dəyişib.

Digər xəbərlər